Həbsxanada həzz almaq istədi - Cəzasını ağırlaşdırdı


19:34     16 Yanvar 2017 hebs%20omur4.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Cavanşir Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az- ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, C. Nəcəfovun çəkilməmiş cəzası da nəzərə alınmaqla, ona 4 il 1 aylıq həbs cəzası verilib.

Qeyd edək ki, narkotik istifadəsinə görə həbsdə olan, Qobustanda yerləşən həbsxanada cəza çəkən C. Nəcəfovda narkotik maddə aşkarlanıb və onun barəsində yenidən cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 2262