Nəcməddin Sadıkov NATO-nun iclasında iştirak edəcək


21:06     16 Yanvar 2017 trend_necmeddin_sadiqov_.jpg

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək.


Müdafiə nazirliyinin mətbuat xitmətindən Femida.az-a verilən xəbərə görə, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında təşkil ediləcək görüşlərdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Tədbir yanvarın 17-də NATO-nun Mənzil-Qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 963