Yanacaq çənində siqaret keçirmək istədilər
17:53 17 Yanvar 2017
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə “Heimann Cargo Vision” rentgen qurğusunda gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, yoxlama zamanı avtomobilin istifadədə olmayan yanacaq çənində fərqli görünüşdə və formada naməlum predmetlər müəyyən edilib.
Daha sonra nəqliyyat vasitəsinə əsaslı baxış keçirilib və gömrükçülərin şübhələri özünü doğruldub. Belə ki, avtomobilin istifadədə olmayan yanacaq çənində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 2 adda 82 min ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1337
Oxşar xəbərlər
- Yanacaq çənindən yanıcı maddə çıxdı – Gömrükdə
- Yanacaqdoldurma məntəqəsinə basqın - Pul tələb etdi
- Yanacaqdoldurma məntəqəsinin işçiləri döyüldülər
- Yanacaqdoldurma məntəqəsinə basqınla bağlı DİN-dən açıqlama
- Yanacaqdoldurma məntəqəsinə basqın - İşçilərə bıçaq çəkildi
- Yanacaqdoldurma məntəqəsinə basqın edildi
- Yanacaqdoldurma məntəqələrinə basqın edənlər tutuldu
- Yanacaqdoldurma məntəqəsini partlatmaq istəyən tutuldu
- Yanacaq daşıyan avtomobil yandı
- Yanacaqdoldurma məntəqəsinə basqın edilib