Ər-arvad dəm qazından zəhərləndi - Biri öldü


14:34     18 Yanvar 2017 qaz%20bogulma2.jpg

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.


Xətai Rayon Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 48 yaşlı Eldar Əhmədov və onun həyat yoldaşı, 42 yaşlı Aysabah Əhmədova yaşadıqları evin hamamında dəm qazından zəhərləniblər. Ər hadisə yerində keçinib, A. Əhmədova isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1185