Mehman Hüseynovun məhkəməsi keçirilib


16:29     24 Fevral 2017 mehman%20huseynov.jpg

Bu gün Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin bloqger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasındakı iddiası üzrə Suraxanı Rayon Məhkəməsində hazırlıq iclası keçirilib.


Femida.az -ın məlumatına görə, xüsusi ittiham qaydasındakı iddia icraata qəbul olunub. Vəkil Elçin Sadıqov bildirib ki, xüsusi ittiham qaydasındakı şikayətin icraata qəbul edilməsindən imtina barədə vəsatət qaldırsa da, təmin edilməyib.

Növbəti proses 27 fevral saat 09:30-da keçiriləcək.

Qeyd edək ki, M.Hüseynov yanvarın 9-da saxlanılıb və məhkəmə qərarı ilə polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək 200 manat cərimə edilib. Sərbəst buraxıldıqdan sonra o, saxlanılarkən igəncələrə məruz qalması barədə müsahibə verib. Bu zaman səsləndirdiyi fikirlərə görə M.Musayev onun böhtan atdığını iddia edib və M.Hüseynovun həbsi üçün məhkəməyə müraciət edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1550