Arvadını öldürən kişinin məhkəməsi başladı - Kollecdə müəllim olub...


20:47     24 Fevral 2017 1442557655_mehkeme-zali8.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Namiq Əkbərzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Femida.az-ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş tərəfin vəkili cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Hazırlıq iclası martın 3-dək təxirə salınıb.


Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Xətai rayonu Yusif Səfərov küçəsi ev 15/5 ünvanında qeydə alınıb. 1979-cu il təvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və orada vəfat edib.

Məlum olub ki, D.Hüseynovanı əri, 1974-cü il təvəllüdlü Namiq Əkbərzadə ailə-məişət münaqişəsi zəminində döyüb. D.Hüseynova Bakı Biznes və Kooperasiya Kollecində müəllim işləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1283