Yevlax sakini həmyerlisini güllələdi


16:38     30 Mart 2017 1438325357_neftchalada-gullelenme-hadisesi-bash-verib.jpg

Yevlaxda silahlı insident olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, martın 29-da Yevlax rayonunun Hacıselli kəndində rayon sakini Azaq Musayev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmyerlisi Tağı Qurbanovu qətlə yetirib.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə A. Musayev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 933