İTV-nin baş direktoru sabah seçiləcək
21:43 24 Aprel 2017
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə seçki sabah keçiriləcək.
Bu barədə Femida.az-a İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov məlumat verib.
Onun sözlərinə görə, baş direktor İTV-nin Yayım Şurasının iclasında seçiləcək.
M. İmanov qeyd edib ki, iclasa Yayım Şurasının üzvləri ilə bərabər namizədlər də qatılacaq.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib. Müsabiqəyə sənəd qəbulu başa çatıb. İTV-nin baş direktoru vəzifəsinə 5 nəfər iddiaçı - Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızı müsabiqəyə sənəd təqdim edib.
İTV-nin baş direktoru Cəmil Quliyevin səlahiyyət müddəti aprelin 23-də başa çatıb.
Femida.az
Oxunub: 845
Oxşar xəbərlər
- İTV-nin maşını qəzaya uğradı - Yaralılar var
- İTV-nin baş direktoru kim olacaq? - Adlar açıqlandı
- İTV-nin Yayım Şurasına yeni sədr seçilib - FOTO
- İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi
- İTV-nin baş direktorunun səlahiyyət müddəti başa çatıb
- İTV-nin referendum qiyməti: Saniyəsi 50 manat
- İTV-nin əməkdaşının evinə maskalı basqın
- İTV-nin regional büroları bağlanıb? - AÇIQLAMA
- İTV-nin əməkdaşının müəmmalı ölümü - Qohumları danışdı
- İTV-nin itkin düşən işçisinin meyiti tapıldı