28 May Kiyevdə qeyd olunub


19:15     25 May 2017 kiyev4.jpg

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Kiyevdə 28 may-Respublika Gününə həsr olunmuş tədbir keçirilib.


Səfirlikdən Femida.az-a verilən məlumata görə, Ukraynanın hökumət və dövlət rəsmilərinin, elm və mədəniyyət xadimlərinin, xarici diplomatik korpus nümayəndələrinin iştirak etdiyi tədbirdə Milli Məclisin deputatı, əməkdar jurnalist Elmira Axundovanın Ukrayna dilinə tərcümə olunmuş “ İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı geniş oxucu auditoriyasına təqdim olunub.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək 1918-ci ildə şərqdə ilk dəfə yaradılmış Azərbaycan Demokratik Respublikasının tarixi nailiyyətlərindən söz açıb. “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının tarixi faktlarla zəngin olduğunu diqqətə çatdıran səfir kitabda prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və bölgədə həyata keçirilən qlobal sosial iqtisadi islahatlardan, Azərbaycanın qərblə şərqin multikultralizm və tolerantlıq mərkəzinə çevrilməsindən, xalqla dövlət başçısı arasındakı qarşılıqlı etimad və hörmətin vəhdətindən bəhs olunduğunu bildirib.

Ukrayna Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy, Ukrayna İqtisadi inkişaf və Ticarət nazirinin müavini Mixaylo Titarçuk və digər şəxslər isə Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açaraq Azərbaycan xalqına Respublika günü münasibəti ilə xoş və səmimi arzularını çatdırıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 765