Tələbələr yarışdılar - FOTOLAR


14:53     26 May 2017 bdu%201.jpg

Bakı Dövlət Universiteti Tarix Fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin dəstəyi ilə "Tarixi biliklər" adlı tarixi-intellektual müsabiqə keçirilib.


Femida.az -a daxil olan məlumata görə, müsabiqədə Bakı Dövlət Universitetinin tələbələri ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universitetinin tələbələri (18 komanda) iştirak edib. Finalda 3 komanda yarışıb. Tarix Fakültəsinin tələbələrindən ibarət - İntibah və Everest komandaları və Hüquq Fakültəsinin tələbələrindən ibarət Barbarossa komandası. İntibah komandası qalib olmuş və diplomlarla təltif edilmiş, komanda üzvlərinə Ali və Nino-dan bədii kitablar hədiyyə olunub. Müsabiqədə münsiflər heyəti kimi Tarix Fakültəsinin dekanı - dos. A.Ə.Rzayev, elmi işlər üzrə dekan müavini - prof. S.Y.Süleymanova, BDU Tarix TEC-nin sədri - t.ü.f.d. T.A.Aslanova, Əsgər Zeynalabdinov, Tural Həsənov və AMEA Milli Azərbaycan Tarixi Muzeyindən aparıcı elmi işçi Nardanə və elmi işçi Əli Fərhadov çıxış ediblər.



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1633