Zakir Qaralovun qəbul vaxtı dəyişdirilib


22:21     22 İyun 2017 zakir%20qa.jpg

Baş prokurorun Lənkəran şəhərində keçirəcəyi qəbulun vaxtı dəyişdirilib.


Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Baş prokuror Zakir Qaralovun Lənkəran şəhəri, Masallı, Astara, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşlar üçün iyunun 30-na nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilərək iyunun 29-da saat 10-a təyin edilib.

Qəbul Lənkəran şəhər prokurorluğunun inzibati binasında keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1137