Bir neçə pilot Formula 2 yarışlarında qəza törətdi
18:33 24 İyun 2017
Formula 2 yarışlarında "Prema Racing" pilotu Antonio Fuoko 6-cı dövrədə qəza törədib.
Femida.az-ın məlumatına görə, A.Fuoko "Trident" pilotu Serxio Kanamasası ötməyə çalışarkən qəza nəticəsində bolidin ön qanadını zədələyib.
Bundan başqa, trası digər "Trident" pilotu Nabil Ceffri də tərk edib. O, yeddinci döngədə divara çırpılıb.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.
Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
Femida.az
Oxunub: 916
Oxşar xəbərlər
- Birinci xanım qızları ilə Yeni il şənliyində
- Biri özünü yandırmaq istədi, digəri isə... - Neftçalada iki nəfər intihara cəhd etdi
- Bir qrup əlil evlə təmin olunub
- Birinci vitse-prezidentin Katibliyində yeni təyinat
- Bir neçə telefon qovşağı ləğv olunub
- Bir həkim ayağını kəsdi, digəri yerinə tikdi - Video
- Bir ayda 9 min müsəlman öldürülüb
- Bir yumuruqla adam öldürdü - 9 il 6 ay həbs
- Bir neçə oğurluğun üstü açılıb
- Bir manatlıq metal sikkələr buraxıla bilər