Mingəçevirdə 100-dən çox yaşayış evini su basıb
18:51 24 İyun 2017
Mingəçevir şəhərində güclü küləklə müşayiət olunan leysan ağır fəsadlar törədib.
Femida.az “report”a istinadən xəbər verir ki, Şirvan bürosunun verdiyi məlumata əsasən, Günəşli massivində yüzdən çox fərdi yaşayış evini su basıb, xeyli sayda ev quşu tələf olub.
Sakinlərin evi, həyəti su, lil və palçıqla dolub, küçələr keçilməz hala düşüb. Hazırda massivin 13, 14 və 15-ci küçələrində selin fəsadları aradan qaldırılır. Əraziyə xeyli sayda texniki qurğu cəlb olunub.
Mütəxəssislər fəsadların ağır olmasını massivdən keçən Yevlax rayonunun Havarlı kəndini su ilə təmin edən kanalın çəkilişində yol verilən texniki nöqsanlarla əlaqələndiriblər.
Belə ki, kanalın müəyyən hissələri lazımi səviyyədə bərkidilməyib, bəzi boru xətlərinin ağzı açıq qalıb və tələb olunan hissədə şülüz qoyulmayıb
Femida.az
Oxunub: 878
Oxşar xəbərlər
- Mingəçevirdə 4 otaqlı ev yanıb
- Mingəçevirdə yataqxanada yanğın: 17 nəfər təxliyə olunub
- Mingəçevirdə kişi meyiti tapıldı
- Mingəçevirdə kişi meyiti tapılıb
- Mingəçevirdə güclü yanğın - 10 nəfər təxliyyə olunub
- Mingəçevirdə iş adamını döyən şəxslər saxlanılıb
- Mingəçevirdə sex yanıb
- Mingəçevirdə maşınlar toqquşdu
- Mingəçevirdə üçəm qız dünyaya gəlib
- Mingəçevirdə kişi meyiti tapıldı