Mosul İŞİD-dən geri alındı


18:40     29 İyun 2017 mosul-isid.jpg

İraqın ən böyük ikinci şəhəri olan Mosulda 255 gün davam edən əməliyyatlardan sonra tarixi addım atılıb.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, İraq Müdafiə Nazirliyi Mosul şəhərinin bütün rayonlarının İŞİD terrorçularından azad edildiyini elan edib.

İŞİD lideri Bağdadinin xəlifəliyini elan etdiyi Əl Nuri məscidi də geri qaytarılıb. Dövlət televiziyası baş verənləri “xəyali dövlətin çöküşü” olaraq elan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 776