Məmmədyarov həmkarları ilə görüşüb
18:01 23 Sentyabr 2017
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Belçikanın xarici işlər naziri Didye Reynders və Malayziyanın xarici işlər naziri DatoSri Anifah Aman ilə ikitərəfli görüşlər keçirib.
Femida.az XİN-in saytına istinadən verdiyi məlumata görə, görüşlərdə ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub və məmnunluq ifadə edilib. Mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub və BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 723
Oxşar xəbərlər
- Məmmədyarov TürkPA-nın baş katibini qəbul edib
- Məmmədyarov Rusiya səfiri ilə vida görüşü keçirib
- Məmmədyarovun həmsədrlərlə görüşü başladı - FOTO
- Məmmədyarovla Nalbandyan görüşəcək
- Məmmədyarov gürcü həmkarına məktub yazdı
- Məmmədyarov Vyanaya gedir - Nalbandyanla görüşəcək
- Məmmədyarov Çavuşoğlu ilə görüşdü
- Məmmədyarov Çindən gələn nümayəndələri qəbul etdi
- Məmmədyarov həmsədrlərin təklifini qəbul etdi
- Məmmədyarov Moskvada həmsədrlərlə görüşür