Rusiya Venesuelaya 10 il vaxt verdi


22:42     15 Noyabr 2017 rusiya%20israil.jpg

Moskvada Venesuelanın Rusiyaya borcunun restrukturizasiyasına dair iki ölkənin hökumətləri arasında sənəd imzalanıb.


Femida.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.
Sənəddə bildirilir ki, Venesuelanın Rusiyaya ümumi borcu 3,15 mlrd. dollar təşkil edir. Anlaşmaya görə, Venesuela bu borcu 10 il ərzində tədricən ödəyəcək. İlk 6 il ərzində isə ödənişlər minimum məbləğdə olacaq.
"Borcun yüngülləşdirilməsi nəticəsində sərbəst qalan vəsaitlər Venesuela iqtisadiyyatının inkişafına yönəldiləcək. Bu da son nəticədə ölkənin borc ödəmə qabiliyyətini yüksəldərək digər kreditorların borcunun ödəmək şansını artıracaq", - deyə sənəddə qeyd edilir.
Xatırladaq ki, Venesuela 2016-ci ilin mart ayında Rusiyaya olan 530 mln. dollar borcunu ödəyə bilməyib və bu məbləğ 2019-2021-ci illərə ertələnib. Lakin daha sonra, cari ilin yazında Venesuela növbəti 362 mln. dollar borcunu da ödəyə bilməyib.

Açar sözlər:

Oxunub: 671