Milli Oftalmologiya Mərkəzi aksiya keçirəcək
19:24 18 Noyabr 2017
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi noyabrın 20-də ədliyyə işçilərinin peşə bayramı münasibətilə aksiya keçirir.
Mərkəzin elmi təşkilatının bölmə rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib ki, aksiyalar Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab oluna bilər: "Ölkə başçısı İlham Əliyevin sosial layihələr içərisində əsas diqqət etdiyi sahələrdən biri də səhiyyədir. Azərbaycan səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıb. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin heyəti də bu gün münasibətilə belə bir aksiya keçirir".
Mərkəzin mütəmadi olaraq müxtəlif aksiyalar həyata keçirdiyini xatırladan Y.Abdiyeva qeyd edib ki, aksiyanın keçirilməsində məqsəd pasientlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına dəstək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və yerindəcə həll etməkdir.
Femida.az
Oxunub: 938
Oxşar xəbərlər
- Milli Məclis bu tarixdə toplanır
- Milli Məclis dünya azərbaycanlılarına müraciət ünvanlayıb
- Milli Turizm Təbliğat Bürosu ilə yekun vurdu
- Milli Məclis 25 qanuna dəyişiklikləri təsdiqlədi
- Milli Məclisdə deputatlar arasında gərgin müzakirə - Ordu ilə bağlı
- Milli Məclis toplanır
- Milli Məclisin iclası keçiriləcək - 38 məsələ müzakirə olunacaq
- Milli Məclisin sonuncu iclasının vaxtı məlum oldu
- Milli Məclisin saxlanma xərcləri artırılır
- Milli Məclis toplaşır - Bu gün iclas keçiriləcək