Zakir Həsənov Ramil Səfərovun rütbəsini yüksəltdi - FOTO


14:26     11 Dekabr 2017 ramil%20seferov4.jpg

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin mayoru Ramil Səfərova Polkovnik – leytenant hərbi rütbəsi verib.


Femida.az -ın əldə etdiyi məlumata görə, artıq iki aya yaxındır ki, Ramil Səfərova yeni rütbə verilib.

Qeyd edək ki, R.Səfərov 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya olunub.Prezident İlham Əliyev tərəfindən əfv olunduqdan sonra mayor rütbəsi verilmişdi.R.Səfərov hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir.




Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 9522