Dörd ayaqlı, üç əlli körpə doğuldu – FOTO


18:02     26 Sentyabr 2019 19_09_26_1569498685.jpg

24 yaşlı qadın əkiz uşaqlarını dünyaya gətirib. Amma körpələrdən biri anomaliyalı doğulub.

Femida.az xəbər verir ki, hadisə Hindistanın Radcastan ştatında dövlət xəstəxanasında qeydə alınıb. Əvvəlcə sağlam oğlan uşağını doğan qadın ardıyca 4 ayaqlı qız uşağını dünyaya gətirib.

Həkimlər ehtimal edir ki, bətndə 3 döl olub, lakin sonra 2 döl birləşib. Qadın hamiləliyi boyu bir dəfə olsun USM etdirməyib, vaxtında aşkar olunsaydı anomal döl götürülərdi.

Əlavə ətraflar uşağın qarın və döş qəfəsində yerləşir. Bir müddət sonra artıq əl-ayaqları əməliyyatla götürmək planlaşdırılır.

Açar sözlər:

Oxunub: 678