40 kq narkotik dövriyyədən çıxarılıb
12:40 23 Aprel 2021
Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Ələkbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, 3 qrama yaxın marixuana və rayon ərazisindəki yaşayış sahələrinin birindəki yarımtikilidə gizlətdiyi 25 kiloqram marixuana aşkar edilib.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Hüseynov Binəqədi rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 29 qramdan artıq heroin, 19 qramdan artıq metamfetamin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə olaraq 12 kiloqram 135 qram heroin, 2 kiloqramdan artıq metamfetamin və 868 qramdan artıq tiryək götürülüb.
Oxunub: 458
Oxşar xəbərlər
- 40 erməni zabitini məhv edən Elyar Vəliyev kimdir? - Xüsusi təyinatlı əfsanə
- 40 erməni hərbçi Kəlbəcərə girmək istədi - Azərbaycan qəti tədbirlər gördü
- 400 min manatlıq dələduzluqda təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi başlayır
- 408 qaziyə əlillik dərəcələri təyin olunub
- 40 xüsusi texnika və 2 min şəxs Bakını dezinfeksiya elədi (VİDEO)
- 40 min manatlıq dələduzluq edən "məmur" həbs olundu
- 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır
- 40 rayon və şəhər xərclərini öz gəlirləri hesabına təmin edəcək
- Ədliyyə Nazirliyi: 408 nəfər həbsdən azad edilib
- 400-ə yaxın məhkumun işinə videokonfransla baxılıb