Qazaxda bir ailə zəhərlənib


11:51     21 Mart 2022 22_03_21_1647838340.jpg

Qazax rayonunda bir neçə nəfər dəm qazından zəhərlənib.

Femida.az-ın məlumatına görə, hadisə şərti olaraq "SU-15" adlanan ərazidə yerləşən evlərin birində qeydə alınıb. Həmin ərazidə yaşayan ailə ata, ana və övladları - Mahmudov Tural Həsən oğlu (1985-ci il təvəllüdlü), Mahmudova Lamiyə İlqar qızı (1995), Mahmudzadə Yağmur Tural qızı (2012), Mahmudzadə Sahil Tural oğlu (2015) zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya aparılıblar. Onlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 484