Qazaxda avtomobil 10 yaşlı uşağa ağır xəsarət yetirib


09:21     01 İyul 2022 22_07_01_1656651570.jpg

Qazaxda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb. Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Heydərli Yeganə Ramil qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 282