Qazaxda təmizlik idarəsinin işçisi zibil yığan maşının altına düşərək ölüb


17:47     23 Mart 2022 22_03_23_1648043296.jpg

Qazaxda ölümlə nəticələnən bədbəxt hadisənin təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, təmizlik idarəsinin əməkdaşı B.Əliyev hərəkətdə olan zibil yığan maşının üzərindəki pilləkəndən tutaraq gedən zaman yol kənarındakı ağaca dəyib və yıxılaraq maşının altına düşüb.

Təkər onun başının üstündən keçib və o, hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 438