Qazaxda Belarus vətəndaşları arasında dava düşüb, xəsarət alanlar var


19:39     27 Aprel 2022 22_04_27_1651074009.jpg

Qazax rayonunda Belarusun 3 vətəndaşı arasında münaqişə olub.

Hadisə Kür çayının qırağında qeydə alınıb.

Belarus vətəndaşları içki məclisində iştirak edən zaman aralarında mübahisə yaranıb. Bu zaman onlardan ikisi digərini döyərək müxtəlif xəsarətlər yetiriblər.

Xəsarət alan xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 439