Qazaxda bir ailənin 3 üzvü avtomobil qəzasında xəsarət alıb


10:30     27 Mart 2022 22_03_26_1648324602.jpg

Qazax şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Üç avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Xəsarət alanlar 2004-cü il təvəllüdlü S.Abbasova, 1966-cı il təvəllüdlü M.Abbasova və 1971-ci il təvəllüdlü R.Abbasovdur. Onlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 397