Pakistanda partlayış olub, ölən və yaralananlar var


10:21     13 May 2022 22_05_13_1652422920.jpg

Pakistanın cənubunda, Karaçi şəhərində törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Sind əyalətininin rəhbərliyi bildirib.

Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. Bildirilib ki, hadisə naməlum şəxslərin motosikletə quraşdırılan partlayıcı qurğunu işə salması nəticəsində baş verib.

Pakistan ərazisində fəaliyyət göstərən qruplaşmalardan heç bir partlayışın məsuliyyətinin üzərinə götürməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 366