Girov prokuror xilas azad edildi - Terrorçular öldürüldü


04:30     01 Aprel 2015 girov_pr.jpg

İstanbulda Ədliyyə binasında girov saxlanılan prokuror azad edilib.


Femida.az-ın anspress-ə istinadən məlumatına görə, “Gəzi Parkı” hadisələrini araşdıran prokuror Mehmet Səlim Kirazın azad olunması üçün polis xüsusi əməliyyat keçirib. Terrorçuları zərərsizləşdirən polisin xüsusi təyinatlılarının əməliyyatı zamanı prokurorun da yaralandığı deyilir. 
Əməliyyat zamanı 3 terrorçu öldürülüb.

Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri prokuroru iş otağında girov götürmüşdü.
Girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb.


Femida.az

Açar sözlər:

Oxunub: 1031