Qadına bıçaqlayan şəxs saxlanılıb


21:53     25 Yanvar 2019 bicaqlanma.jpg

Sumqayıtda qadına xəsarət yetirən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 23-də saat 6 radələrində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə şəhər sakini olan bir qadının bıçaq xəsarəti ilə xəstəxanaya gətitilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirirlib. Araşdırmalarla bıçaq xəsarətinin münaqişə zəminində yetirildiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Abşeron rayon sakini R.Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 478