Qadına küçədə hücum etdi -VİDEO


09:34     27 Noyabr 2018 18_11_27_1543297018.jpg

Balaxanı qəsəbə sakini olan bir qadın Sabunçu rayon Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ona qarşı soyğunçuluq edərək çantasını ələ keçirməsi barədə məlumat verib.


Femida.az ARB TV-yə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, paytaxt sakini Aleksadr Miroşkin saxlanılıb.




Araşdırma zamanı onun axtarışda olduğu müəyyən edilib. Miroşkinin ətrafında aparılan əlavə əməliyyat tədbirlərilə Sabunçu rayonu ərazisində müxtəlif vaxtlarda, iki həyət evindən məişət əşyaları, elektrik naqilləri və təmir tikinti alətləri də oğurladığı məlum olub.

Onun qanunsuz əməllərində zərərçəkən başqa şəxslər də varsa, DİN-nin 102 zəng mərkəzinə və SRPŞ-nə müraciət edə bilərlər.

Açar sözlər:

Oxunub: 1016