Qardaşını ürəyindən bıçaqlayan şəxs saxlanıldı


13:30     26 Yanvar 2019 hebs7.jpg

Goranboy rayonunda 14 yaşlı yeniyetmənin 17 yaşlı qardaşını bıçaqlaması barədə xəbər vermişdik.



Femida.az Trend-ə istinadən xəbər verir ki, qardaşını qətlə yetirən şəxs saxlanılıb.

Məlumatda bildirilir ki, yanvarın 25-də axşam saat 23 radələrində Goranboy rayonunun Xanqərvənd kənd sakini, 2004-cü il təvəllüdlü Xəlil Məmmədov yaşadıqları evdə qardaşı, 2002-ci il təvəllüdlü İsmayıl Məmmədovla aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində X. Məmmədov İ.Məmmədova döş qəfəsindən bıçaqla xəsarət yetirib.

İ.Məmmədov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, iş üzrə zəruri ekspertizalar təyin edilib və istintaq hərəkətləri davam etdirilir.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində X.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Açar sözlər:

Oxunub: 444