Biləsuvardakı qəza ilə bağlı rəsmi məlumat


14:23     28 Yanvar 2019 daxili%20isler%20her%20kes.jpg

Yanvarın 27-də saat 21 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Bakı şəhər sakini Vəli Dəmirov idarə etdiyi “Mercedes-Vito” markalı avtomobili aşırıb.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, nəticədə V.Dəmirovun sərnişinlərindən arvadı Pircəxanım, Abşeron rayon sakini Elmira Əli və paytaxt sakini Elnarə Həşimova hadisə yerində ölüb, özü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 301