Biləsuvardakı dəhşətli qəza ilə bağlı cinayət işi başladı


11:27     28 İyun 2019 qeza_yeni.jpg

Biləsuvarda baş verən dəhşətli qəza ilə bağlı cinayət işi başlanıb.



Hüquq-mühafizə orqanlarından Femida.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda “VAZ-21015” və "LADA Priora" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində 1944-cü il təvəllüdlü Şükufə Qəhrəman qızı Tağıyeva və 1961-ci il təvəllüdlü Güllübəyim Mehdi qızı Hüseynova hadisə yerindəcə keçiniblər.

Qəza nəticəsində xəsarət alanlar - 1955-ci il təvəllüdlü Şakir İnşallah oğlu Dövlətov, 1996-cı il təvəllüdlü Asim Rasim oğlu Məmmədov, 1979-cu il təvəllüdlü Məlahət Qurban qızı Əliyeva və 1993-cü il təvəllüdlü Araz Əsəd oğlu Tağızadə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Femida.az

Açar sözlər:

Oxunub: 379