Sahibkarlar üçün onlayn təlim keçiriləcək
19:51 30 Yanvar 2019
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə sabah mikro, kiçik və orta sahibkarlar üçün Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı onlayn təlim keçiriləcək.
Agentlikdən Femida.az -a verilən məlumata görə, təlimə ölkənin istənilən yerindən internet vasitəsilə elektron resurslardan (komyuter və mobil telefon) istifadə etməklə qoşulmaq mümkündür:
- Kompyuter vasitəsilə: https://zoom.us/client/latest/ZoomInstaller.exe linkinə daxil olmaq və 366599138 parolunu qeyd etməklə;
- iPhone vasitəsilə “App Store”dan “Zoom Cloud Meetings” tətbiqini yükləməklə;
- Android vasitəsilə “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.
Regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar təlimə istənilən yerdən birbaşa qoşulmaqla yanaşı, Agentliyin Masallı (Masallı Sənaye Məhəlləsi), Quba (Heydər Əliyev Mərkəzi), Qusar (Gənclər Evi), Xaçmaz (Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi), Siyəzən (Gənclər Evi), Gəncə (Gənclər Evi) və Yevlax (Aran Regional İnkişaf Mərkəzi) rayonlarında olan “KOB Dostu” mərkəzlərinə gəlməklə də təlimdə iştirak edə bilərlər.
Təlimlə bağlı əlaqədar şəxs Agentliyin əməkdaşı Adil Əhmədovdur (tel: (055) 525-30-30).
Femida.az
Oxunub: 314
Oxşar xəbərlər
- Sahibkarlar Klubu üzvlərinin sayı 500-ə çatdı
- Sahibkarlara 12,3 milyon manatdan çox pul verildi
- Sahibkarlara 250 manat ödəniləcək - Rəsmi açıqlama
- Sahibkarlar üçün distant formada korporativ hüquq təliminə başlanılıb
- Sahibkarlara maliyyə dəstəyini belə alacaq - VİDEO
- Sahibkarlar Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı məlumatlandırılacaq
- Sahibkarlara güzəştli kredit verilib
- Sahibkarlara 50 milyon manat güzəştli kredit verilib
- Sahibkarlara seminar keçirilib
- Sahibkarlar təlim kurslarına cəlb olunub