Gürcüstanda daha bir nəfər qripdən öldü


18:14     31 Yanvar 2019 19_01_31_1548939877.jpg

Gürcüstanın paytaxtı Tbilisi şəhərində 30 yaşlı kişi qrip virusundan ölüb.

Femida.az xəbər verir ki, həmin şəxs qrip simptomları ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Pasiyentin "donuz qripi" adlandırılan A (H1N1) virusundan öldüyü ehtimal olunur.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, kişinin ölümünə "donuz qripi"nin səbəb olması laboratoriya şəraitində hələ müəyyən olunmayıb.

Qeyd edək ki, qonşu ölkədə 20 nəfərin "donuz qripi"ndən ölməsi təsdiq olunub.

Açar sözlər:

Oxunub: 332