Gürcüstanda azərbaycanlı narkotik alverçisi saxlanılıb


17:40     02 Fevral 2019 hebs.jpg

Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında, azərbaycanlıların sıx yaşadığı Poniçala qəsəbəsində (Soğanlıq) xüsusi əməliyyat keçirilib.


"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nəticədə narkotik vasitələrin qanunsuz əldə olunması və satışında şübhəli bilinən 1987-ci il təvəllüdlü A.X. adlı yerli azərbaycanlı saxlanılıb.

İstintaqla həmin şəxsin mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən olunub. Onun satdığı bir neçə bağlama narkotik vasitə maddi sübut kimi müsadirə olunub.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Açar sözlər:

Oxunub: 306