ABŞ-da faciə: uşaq və yeniyetmələr həlak oldular


11:20     03 Fevral 2019 19_02_03_1549177912.jpg

ABŞ-da ağır yol qəzası nəticəsində uşaq və yeniyetmələr həlak olub, daha 2 nəfər yaralanıb.

Femida.az "Report"a istinadən xəbər verir ki, hadisə Merilend ştatında baş verib.

Ştat polisinin saytındakı press-relizdə bildirilir ki, Prins-Corces dairəsində, yerli vaxtla saat 05:00-də baş verən ölənlər arasında 5 yaşlı uşaqdan 15 yaşlı yeniyetməyə qədər 5 nəfər var.

Onlar qəza zamanı avtomobildən çıxıblar. İstintaq güman edir ki, hadisə zamanı uşaq və yeniyetmələr təhlükəsizlik kəmərindən istifadə etməyiblər.

Yol-nəqliyyat hadisəsi zamanı, həmçinin 32 yaşlı sürücü və 23 yaşlı sərnişin də xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisənin başvermə səbəbi hələ müəyyənləşdirilməyib.

Daha əvvəl bildirilib ki, ABŞ-ın orta qərbində müşahidə olunan şaxtalar nəticəsində azı 21 nəfər ölüb.

Açar sözlər:

Oxunub: 265