Neft Fondu dollar satışını artırıb


11:21     06 Fevral 2019 19_02_06_1549437848.jpg


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2019-cu ilin yanvar ayı ərzində 634,9 milyon ABŞ dolları məbləğində valyuta satıb.

Femida.az xəbər verir ki, bu barədə fondun açıqlamasında bildirilir.

Qeyd edək ki, bu ötən ilin yanvarı ilə müqayisədə 2,1 dəfə artıqdır. 2018-ci ilin yanvarında Azərbaycan Dövlət Neft Fondu tərəfindən 299,1 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

2018-ci ilin dekabr ayı ərzində isə Fond 677,1 milyon ABŞ dolları məbləğində vəsait satıb. Başqa sözlə, ötən ilin dekabrı ilə müqayisədə yanvarda valyuta satışı cüzi azalıb.

Femida.az

Açar sözlər: #neft   #fond   #ARDNF   #dollar  

Oxunub: 344