Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb


10:17     11 İyun 2022 22_06_11_1654928252.jpg

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,22 ABŞ dolları, yaxud 1,7 % azalaraq 128,93 ABŞ dolları təşkil edib.

Bu barədə “Femida.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 122,01 ABŞ dollardan satılıb.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Açar sözlər:

Oxunub: 253