Azərbaycanda internet istifadəçilərinə XƏBƏRDARLIQ
00:34 23 Oktyabr 2015
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) Azərbaycanın internet istifadəçilərinə növbəti dəfə xəbərdarlıq edib.
Femida.Az AZƏRTAC-a istiandən xəbər verir ki, "Google Chrome" veb brauzerini tamamilə silməklə özünün saxta surətini onun əvəzinə kompyuterə quraşdıran ziyanverici proqram - saxta brauzer aşkar olunub.
Təhlükəsizlik ekspertləri qeyd edir ki, istifadəçilərin "eFast Browser" adlandırılan bu saxta veb brauzerlə "Google Chrome" brauzeri arasındakı fərqi asanlıqla müəyyən etməsi mümkün deyil.
ETM internet istifadəçilərinin nəzərinə çatdırır ki, "eFast Browser" ziyanverici proqramı ciddi təhlükəsizlik problemlərinə və fərdi məlumatların oğurlanması hallarına gətirib çıxara bilər.
"Həmin saxta brauzer vasitəsilə bədniyyətli, sizin daxil olduğunuz veb səhifələrdə icazəsiz reklamlar yerləşdirə, sizi saxta məzmunu olan zərərli saytlara yönləndirə və internetdəki fəaliyyətinizi izləyə bilər. Tövsiyə edirik ki, "Google Chrome" veb brauzerini rəsmi veb saytından endirin və onu kompyuterinizə quraşdırarkən hər bir mərhələni diqqətlə təhlil edin", - deyə xəbərdarlıqda qeyd olunur.
Oxunub: 1227
Oxşar xəbərlər
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanda bu dövlət qurumunun əmlakı satışa çıxarıldı
- Azərbaycanda sürüşmə təhlükəsi - XƏBƏRDARLIQ
- Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
- Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir
- Azərbaycanda daha bir bank çöküşdə
- Azərbaycanda hamı bu məşqçi nənədən danışır - VİDEO