Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu


15:09     08 Yanvar 2018 yanan%20avtobus.jpg

Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusu yanıb.


Femida.az xəbər verir ki, hadisə Gürcüstanın şərq hissəsində baş verib. Bu barədə Gürcüstanın İctimai Televiziyası xəbər yayıb.

Avtobusda 50 sərnişin - müxtəlif ölkələrin, o cümlədən Rusiya vətəndaşları olub.

Hadisə zamanı sərnişinlər dərhal avtobusu tərk edib və nəticədə xəsarət alan olmayıb.

Nəqliyyat vasitəsi tamamilə yanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1240