Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılır - Fərman
18:50 06 Fevral 2019
Prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.
Femida.az xəbər verir ki, məqsəd xarici siyasətin ölkəmizin milli maraqları üçün əhəmiyyət kəsb edən istiqamətlərinə dair araşdırmalar aparılmasını genişləndirmək, dünyada baş verən proseslərin hərtərəfli təhlili işini daha da təkmilləşdirmək, Azərbaycanın xarici siyasət prioritetləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üzrə fəaliyyətin əhatə dairəsini artırmaqdır.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını həyata keçirdiyi elmi-analitik təhlilin nəticələri ilə təmin edən publik hüquqi şəxsdir.
Fərmanda Prezident Administrasiyasına Mərkəzin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Həmçinin Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə də müvafiq tapşırıqlar verilib.
Femida.az
Oxunub: 531
Oxşar xəbərlər
- Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Rusiyaya səfər edəcək
- Beynəlxalq Ədalət Məhkəməsi Ukrayna-Rusiya işi üzrə dinləmələr keçirəcək
- Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib
- Beynəlxalq Qırmızı Xaç Komitəsinə yeni rəhbər seçilib
- Beynəlxalq axtarışa verilən azərbaycanlı Ukraynada tutuldu
- Beynəlxalq Kitab Sərgisində Ermənistanın cinayətləri nümayiş etdirilir
- Beynəlxalq Bank “Şərurlu İsfəndiyar” və keçmiş deputatın oğlunu məhkəməyə verdi
- Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycana gəlib
- Beynəlxalq hüquq yalnız hərbi yolla bərpa edilə bilərdi
- Beynəlxalq qurumlara Bərdə terroru barədə hesabat göndərildi