Çexiyanın Baş naziri cərimələnib


11:53     07 Fevral 2019 2019/02/15495223151858357111_1000x669_1549526077.jpg

Praqa ətrafındakı Çernoşitse qəsəbəsinin bələdiyyəsi Çexiyanın Baş naziri Andrey Babişə 200 min kron məbləğində cərimə yazıb.


Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, qəsəbənin administrasiyası maraqların toqquşması şübhəsi ilə əlaqədar hökumətin başçısını cərimələyib. A.Babiş “Agrofert” holdinqinin tərkibinə daxil olan KİV-lərə nəzarəti davam etdirməkdə şübhəli bilinir. İşə Mərkəzi Çexiya diyarının administrasiyası baxacaq.

“Právo” qəzeti də bu barədə yazıb. Baş nazir qəsəbə bələdiyyəsinin yanvar ayında inzibati qaydada çıxardığı qərardan şikayət verib. A.Babiş hesab edir ki, belə hərəkətlər onu siyasətdən kənarlaşdırmaq cəhdidir.

Femida.az

Açar sözlər:

Oxunub: 430