Çexiyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb


21:31     18 Aprel 2021 21_04_18_1618763521.jpg

Çexiya səfiri rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Femida.az -ın məlumatına görə, bu barədə RİA “Novosti” mənbəyə istinadən xəbər verir.

Bundan əvvəl Rusiya xarici siyasət idarəsi Çexiyanın addımına sərt etiraz edərək müvafiq cavab tədbirləri görəcəyini bəyan etmişdi.

Qeyd edək ki, Çexiya Rusiya səfirliyinin kəşfiyyatçı olan 18 əməkdaşını ərazisindən çıxarır.

Açar sözlər:

Oxunub: 860