Çexiyanın xarici işlər naziri Azərbaycana gəlir


19:59     29 Sentyabr 2021 2021/09/16DC630C-310B-4516-B599-6560881F569C_1632934041.png

Çexiyanın xarici işlər naziri Yakub Kulqanek sentyabrın 30-da Azərbaycana rəsmi səfər edəcək.

Femida.az bu barədə Çexiyanın Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Nazir Bakıda həmkarı Ceyhun Bayramovla görüşəcək. O, həmçinin Çexiya-Azərbaycan biznes forumunun açılışında iştirak edəcək. Biznes forumda Çexiya şirkətlərinin infrastruktur layihələrində və ticarət tenderlərdə iştirakı məsələləri müzakirə olunacaq.


Femida.az

Açar sözlər: #Çexiya   #Azərbaycan    

Oxunub: 896