Silsilə oğurluq edən şəxslər tutuldu


14:00     07 Fevral 2019 terror%20hebs.jpg

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Binəqədi RPİ 5-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Quba rayon sakini, əvvəllər məhkum olunmuş A.Həsənovla birgə 1 kafedən 200 ABŞ dolları, 1 sexdən inşaat materialları, 1 bərbər salonundan məişət əşyası, 1 qadının cibindən 1400 manat, 1 nəfərin velosipedini, habelə 3 mağazadan pul, bijuteriya, tütün məmulatı və sərinləşdirici içki oğurlaması da müəyyən edilib.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, görülmüş tədbirlərlə A.Həsənov da saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun 4 nəfərin velosipedlərini oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 409