Keçmiş baş nazirin evindən silah-sursat aşkarlandı


14:08     23 Oktyabr 2015 big-vlad-filat-ma-voi-dedica-in-totalitate-partidului-i-activita-ii-politice.jpg

Moldovanın sabiq baş naziri, Liberal-Demokratik Partiyasının lideri Vladimir Filatın evlərində aparılan axtarış zamanı silah-sursat, qiymətli saatlar və bank kartları aşkarlanıb.


APA-nın verdiyi xəbərə görə, bunu prokuror Vitali Qaleru bildirib.

“İstintaq bahalı əşyaların, bank kartlarında olan vəsaitlərin əldə olunmasının qanuni olub-olmamasını yoxlayacaq”, deyə prokuror qeyd edib.

Onun sözlərinə görə, yaxın zamanda bank hesablarından çıxarışlar, silah-sursatın saxlanmasına dair hüquqi sənədlərin doğruluğu yoxlanılacaq.

Bundan əvvəl həbs edilmiş Moldovanın sabiq baş nazirinin evindən məxfi sənədlərin aşkarlandığı bildirilmişdi.

Açar sözlər:

Oxunub: 1077