Bakı-Şamaxı yolunda sürət həddi artırılır
14:13 11 Fevral 2019
Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunda tələb olunan yerlərdə nəqliyyat vasitələrinin maksimum hərəkət sürətinin aşağı və yaxud yuxarı həddə tənzimlənməsi ilə əlaqədar olaraq yol nişanlarının quraşdırılması işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunun 28-101-ci km-lik hissəsində 90 km/saat yol nişanları 110 km/saat yol nişanları ilə əvəz edilir.
Sözügedən işlər 12 fevral axşam saatlarında yekunlaşdırılacaq. Bu üzdən sürücülərdən işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Femida.az
Oxunub: 677
Oxşar xəbərlər
- Bakı-Şamaxı yolunda avtomobillər toqquşub, xəsarət alanlar var
- Bakı-Şamaxı-Yevlax yolunda çat əmələ gəlib
- Bakı-Şamaxı yolunda mikroavtobus aşıb - Ölənlər var
- Bakı-Şamaxı yolunda qəza - Yaralı Bakıya gətirildi
- Bakı-Şamaxı yolunda qəza:18 yaşlı tələbə öldü
- Bakı-Şamaxı yolunda maşın aşdı
- Bakı-Şamaxı yolu genişləndirilir
- Bakı-Şamaxı yolunda maşın aşıb
- Bakı-Şamaxı yolunda ağır qəza - FHN məlumat yaydı
- Bakı-Şamaxı-Yevlax magistralı çökdü – FOTO