Maşınlardan oğurluq edən şəxs tutuldu


18:56     12 Fevral 2019 2019/02/masin_ogrusu_1549978047.jpg

Oğurluq etdiyinə görə tutulmuş E.İsayevin törətdiyi digər cinayət əməlləri müəyyən edilib.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, E.İsayevin ətrafında Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 6 avtomobildən pul, mobil telefon, kosmetik əşyalar, maqnitofon və geyim əşyaları və içərisində 32.000 rus rublu (960 manat) və sənədlər olan çanta oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 499