Arzu Rəhimov Göygöldə vətəndaşları qəbul edib


12:55     14 Fevral 2019 19_02_14_1550134561.jpg

Fevralın 14-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Göygöl rayonunda Gəncə, Naftalan və Mingəçevir şəhərlərindən, həmçinin Goranboy, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib.
Xidmətdən Femida.az -a verilən məlumata görə, qəbuldan əvvəl general-leytenant Arzu Rəhimov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun keçirilən qəbulda SHXÇDX-nin rəis vətəndaşların müraciətlərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində konkret tapşırıqlar verib.

Keçirilən qəbulda vətəndaşlar əsasən, SHXÇDX-nə həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin mü¬əy¬yən¬ləş¬dirilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə əlaqədar müraciət ediblər.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Qəbulda 40 vətəndaş iştirak edib.

Açar sözlər:

Oxunub: 392