Bakıda xanım polis kapitanı qəzaya düşdü - Foto
10:22 15 Fevral 2019
Bu gün səhər Bakının Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindəki “Karl Marks” dairəsində qəza olub.
Femida.az Unikal.org-a istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan 99 BA 273 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil, xanım polis kapitanın idarə etdiyi 99 LR 515 dövlət nömrə nişanlı “KİA Sportage” markalı maşınla toqquşub. Hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə gələn polis əməkdaşlarının verdiyi məlumata görə, hadisə taksi sürücüsünün səhvi ucbatından baş verib. Belə ki, “Mercedes” “KİA”nın hərəkətinə maneə yaradıb.
Qəza nəticəsində hər iki istiqamətdə tıxac əmələ gəlib.
Femida.az
Oxunub: 468
Oxşar xəbərlər
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Ağır qəza: Ölənlər var
- Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 2 zabit, 4 əsgər ölüb
- Şəmkirdə avtomobil qəzası olub, bir ailənin 4 üzvü xəsarət alıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- İbrahim Tatlısəs yol qəzasına düşüb